1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azər Türk Bankdan şirkət və fərdi sahibkarlar üçün bayram kampaniyası
14.03.2019

Bakı, FinanceTime. Azər Türk Bank «Korporativ müştərilər üçün Novruz sevinci!» adlı yeni bayram kampaniyasına başlayıb.

Kampaniyanın şərtlərinə uyğun olaraq Bankda korporativ müştərilər üçün cari hesablar ödənişsiz açılacaqdır. Kampaniya ərzində Azər Türk Bankla əməkhaqqı layihəsi çərçivəsində əməkdaşlığa başlayan təşkilatlara işçiləri üçün üçillik xidmət müddətli MasterCard Debet əməkhaqqı kartları Bank tərəfindən, sayına məhdudiyyət qoyulmadan, pulsuz veriləcəkdir. Həmçinin, həmin təşkilatların rəhbər şəxslərinə Premium seqmentli əmək haqqı kartları hədiyyə ediləcəkdir.

Eləcə də fərdi sahibkar olan müştərilər Azər Türk Bankda cari hesablarını ödənişsiz aça biləcəklər. Bu müştərilərə də işçiləri üçün üçillik xidmət müddətli MasterCard Debet əməkhaqqı kartları Bank tərəfindən pulsuz veriləcəkdir. Bundan əlavə, kampaniya müddətində cari hesab açan fərdi sahibkarlara bütün bank əməliyyatlarını məsafəli şəkildə aparmağa imkan verən Sahibkar Kartı hədiyyə edilir.

Korporativ müştərilər cari hesab hərəkətləri barədə mobil telefona və e-poçt ünvanına elektron bildirişlərin göndərilməsi xidmətinə də qoşula bilərlər. Xidmət haqqı aylıq bir manatdır.

Kampaniya ərzində POS-terminallarının quraşdırılması və əməliyyatların aparılması üzrə komisyon haqqı tutulmayacaqdır.

Qeyd edək ki, Azər Türk Bankın müştəriləri əməkhaqqı kartları ilə ölkə daxilində istənilən bankın bankomatından vəsaitlərini çəkdikləri zaman faiz və ya komissiya tutulmur.

Kampaniya 30 aprel tarixinədək davam edəcəkdir.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment