Bakı, FinanceTime. 5 mart 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105004755ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 100.0000 AZN (8.0000%)və 100.9128 AZN (7.500%) olan 13 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti100.9128 (7.5000%), orta ölçülmüş qiyməti 100.9128 (7.5000%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64,481,500.00 AZN yerləşdirilmiş həcmi isə 20,000,000.00 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 02.03.2021-ci il.
Hərrac iştirakçıları 6 mart 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.