1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Mastercard audiobrendiqini təqdim edib
22.02.2019

Bakı, FinanceTime. Qlobal ödəniş texnologiyaları lideri sayılan “Mastercard” öz audio stilini təqdim edib. Bu unikal musiqi kompozisiyası “Mastercard” brendi ile əlaqədar olanrəqəmsal, fiziki və səsli də olmaqla, bütün mühitlərdə tanınan bir element olacaq. Yenilik bu yaxınlarda şirkətin brend-simvol statusuna keçidini bəyan etməsi ilə bağlıdır və “Mastercard” şirkətinin inkişafı istiqamətində atılmış növbəti addımdır.

“Mastercard” hər kəs tərəfindən bəyəniləcək musiqini yaratmaq üçün tanınmış rok qrupu “Linkin Park”-ın aranjımançıvə musiqiçisi Mayk Şinodu da daxil olmaqla, müxtəlif ölkələrdən musiqiçiləri, sənətkarları və yaradıcı agentlikləri bir araya gətirib. Nəticədə, janr və mədəniyyətlərdən asılı olmayaraq, hər kəs üçün yaddaqalan və unikal musiqi yaranıb.

Fərqli musiqi alətləri və dəyişən templər “Mastercard” soundtrekini bir neçə üslubda, o cümlədən opera, kinoteatr və klub tərzi səslənmə ilə yanaşı, bir sıra regional interpretasiyalarda da istifadə etməyə imkan verir. Hər vəziyyət üçün unikal olan bu melodiya - musiqi şənliklərində, səsli loqotiplərdə və zəng səslərində, zəngə cavab gözlərkənsəslənən melodiya və ya alış-verişi təsdiqləyən səs olaraq daqarşınıza çıxa bilər.

Şirkətin “səsli loqotipi” ilk dəfə Mastercard Sensory Lab-da “Grammy həftəsində” amerikalı müğənni Camila Cabello-nun yer aldığı reklamla təqdim edilib. ABŞ-dakı tanıtımdan sonra “Mastercard musiqisi” Londonda keçiriləcək BRİT mükafatlandırma mərasimində səsləndirilib, bundan başqa, Barselonada beynəlxalq mobil konqresdə də tamaşaçılara təqdim olunacaq. Əlavə aktivasiyalar, eyni zamanda səs inteqrasiyaları və priceless.com üçün “Mastercard” ağıllı dinamikası haqqında məlumat dayaxın zamanlarda ictimaiyyətə açıqlanacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment