1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə qeydiyyat başladı!
22.02.2019

Bakı, FinanceTime. Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi(DVC) tərəfindən, “Youth Inc.” Sahibkarlıq Proqramı və “Azerbaijan Public Speaking Competition” (APSC) Platformasının tərəfdaşlığı ilə “Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə start verilir.

Layihənin əsas məqsədi sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək olmaqdır.

İdeyası, startapı və ya biznesiolan gənclər üçün natiqlik bacarıqlarının formalaşdırılması onların investorlar qarşısında uğurlu çıxış etmələrinə kömək edəcək.

Layihə çərçivəsində təlim kursları 4 bölgədə - Bakı, Gəncə, Şəki və Xaçmazda həyata keçiriləcək. İlk olaraq bölgələrdə gənclərə təlimlər keçiriləcək. İştirakçılar təqdimat, natiqlik və ünsiyyət bacarıqları haqqında öyrəndikdən sonra mentorinq mərhələsində iştirak edərək praktiki biliklər əldə edəcəklər. Belə ki, iştirakçılar öz çıxışlarını peşəkar mentorların dəstəyi ilə hazırlayacaqlar. Təlim və mentorinq mərhələləri uğurla başa vurulduqdan sonra bağlanış mərasimi keçiriləcək.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi başlamışdır. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. DVC-nin məqsədi müxtəlif xidmətlərin göstərilməsi və gənclərin təşəbbüslərinin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsidir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkilat 2005 və 2007-ci illərdə ilin ən yaxşı gənclər təşkilatı kimi xüsusi diplomla təltif olunmuş, 2007 və 2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak etməyə layiq görülmüşdür. Təşkilat öz fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporasiyalar, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişdir. DVC, “Milli Karyera və İşədüzəltmə Assosiasiyası”nın həmtəsisçisi, öz sahəsində dünya lideri olan “Milli Biznes İnkubatorlar Assosiasiyası”nın (INBIA) Azərbaycanda yeganə tərəfdaşı, həmçinin dünyanın 140 ölkəsini əhatə edən “Qlobal Sahibkarlıq Həftəsi”nin Azərbaycanda eksklüziv nümayəndəsi və “Amerika-Azərbaycan Ticarət Palatası”nda (AmCham) təmsil olunan yeganə gənclər təşkilatıdır.

Layihədə iştirak etmək üçün: www.sahna.dvc.az qeydiyyatdan keçməyiniz mütləqdir.

Əlaqə vasitələri: 050 497 44 55| sahna@publicspeakers.az

#azgf #ayf #dvc #dvc20 #youthinc #apsc #sahna #speakout


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment