1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Üçüncü Bahar” üzvləri 2 yaşını qeyd ediblər!
19.02.2019

Bakı, FinanceTime. Bu gün “Üçüncü Bahar” təşəbbüs qrupunun yaranmasından 2 il ötür. Bu münasibətlə Qrupun yaradıcıları, üzvləri və qonaqlar “Hilton Hotel”də bu günü hesabat xarakterli tədbirlə qeyd ediblər.

Tədbiri giriş sözü ilə “Üçüncü Bahar”ın yaradıcıları Nərmin Qəniyeva və Natəvan Yusifova açıb. Onlar qrupun yarandığı gündən bu günə qədər keçdikləri yol, onlara dəstək olan insanlar, üzvlərin uğurları, könüllülərin cəlb edilməsi haqqında məlumat veriblər.

Qeyd edilib ki, hazırda təşkilatın 1000 üzvü var. 2 il ərzində tədbirlərin 2000 iştirakçısı olub və 19 nəfər təqaüdçü könüllü müxtəlif layihələrdə çalışıb.

Daha sonra “Kapital Bank” ASC-nin Marketinq Departamentinin direktoru Günel Fərzəliyeva, “Kapital Bank” ASC-nin İnsan Resursları Departamentinin direktoru Fərqanə Məmmədova, “Üçüncü Bahar”ın üzvləri, Əsmər Abdullayeva və könüllü Zümrüd Qasımova çıxış ediblər.

Sonda Nərmin Qəniyeva və Natəvan Yusifova “5 il sonra “Üçüncü Baharı” harada görmək istəyirik” adlı təqdimatla çıxış ediblər.

Qeyd edək ki, “Üçüncü Bahar” təşəbbüs qrupu 19 fevral 2017-ci ildə faəliyyətə başlayıb. Qrup təqaüdə çıxmış insanlar üçün həyatın yeni səhifəsini daha rəngarən daha dinamik olması istiqamətində müxtəlif tədbirlər təşkil edir.Üzvlərin maraq dairələrinə uyğun olaraq Qrup 3 istiqamət üzrə fəaliyyət göstərir:
• Maarifləndirici
• Sağlamlıq
• Yaradıcılıq

Təşəbbüs qrupunun “YAŞA” mərkəzi fəaliyyət göstərir. Mərkəzdə təqaüdçülər üçün müxtəlif mövzulu təlim- tədris proqramları təşkil edilir. Tədbirlər təqaüdçülər üçün tam ödənişsiz əsaslarla keçirilir. Mərkəz Bakıxanov qəs. Yavər Əliyev küç. 1 ünvanında yerləşir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment