1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Sistemli Satış üçün CRM" mövzusunda təlim keçiriləcək
19.02.2019

Bakı, FinanceTime. 23 fevral tarixində Zahid Xəlilov 25 ünvanında yerləşən “Atmosphere Lounge” restoranında "Sistemli Satış üçün CRM" mövzusunda səhər yeməkli təlim keçiriləcək. Yeni qurulmuş biznesdə işin sistemləşdirilməsi əsas məqamlardan biridir.  Biznesin ilkin vaxtlarında ənənəvi yollarla idarə olunan işin, sonradan böyüməsi, yeni məhsulların,yeni müştərilərin yaranması, rəqiblər arasında rəqabətin böyüməsi biznesin adət edilmiş metodlarla idarə edilməsini mümkünsüz edir."Sistemli Satış üçün CRM" təlimində CRM alətlərin köməyi ilə satış sisteminin qurulması və balanslaşdırılmış motivasiya sisteminin yaradılması haqqında danışılacaq, satış sistemində yaranan nasazlıqların vaxtında aradan qaldırılması, satış sistemində təkmilləşdirmə yollarından söhbət açılacaq.

Təlimi Motivasiya, Marketinq və Satış üzrə peşəkar İlham Əfəndiyev keçirəcək. Son 20 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya tikinti və istehsal şirkətlərində çalışıb. Azərbaycanın ən böyük şirkətlərin Satış, Marketinq və Müştəri Xidmətləri komandaları üçün 1000 saata yaxın təlim keçirib. Çalışdığı müddətdə 10 mln dollarlıq 100-dən artıq böyük və orta həcmli korporativ satış həyata keçirib. İlham Əfəndiyev Azərbaycan, Rusiya və Hollandiyanın aparıcı təhsil ocaqlarında təhsil almışdır.

Təlimdə sahibkarlar, idarəçilər, kommersiya direktorları, satış üzrə direktor və menecerlər, müştəri və satış şöbələrinin təmsilçiləri və müştərilərin idarə edilməsi və marketinq üzrə təhsil alıb, gələcək karyerasını bu istiqamətdə qurmaq istəyən gənclər üçün nəzərdə tutulub. Təlimdə satışın vəzifələri və məqsədi, Proseslərin idarə olunması sisteminin qurulmasına təsir edən faktorlar,
Satış prosesinin ölçülməsi və idarəolunması üçün istifadə olunan alətlər, satışların idarə olunması, satış şöbəsinin motivasiyasının qurulması prinsipləri və CRM vasitəsilə satışların idarəolunması mövzularına toxunulacaq.

Seminarda bir nəfərin iştirakı 20 AZN təşkil edir. Qeydiyyatdan  linki: http://bit.ly/2N8QHfz.   Daha ətraflı məlumatı (+994)70 661 3232 mobil nömrəsindən almaq mümkündür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment