1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” SŞ səfər sığortası üzrə iri ödənişlər həyata keçirib
15.02.2019

Bakı, FinanceTime. Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti (SŞ) 2018-ci ilin ikinci yarimilliyi ərzində səyahət sığortası üzrə iri ödənişlər həyata keçirib.

“Atəşgah” Sığorta Şirkətinin ötən ilin son altı ayı ərzində səfər sığortası üzrə həyata keçirdiyi ən yüksək məbləğli sığorta ödənişi 23 443,40 AZN təşkil edib. Sığorta olunan Türkiyədə səfərdə olarkən aquaparkda yıxılaraq onurğa sümüyünü sındırıb. Sığortaçı tərəfindən Sığorta olunanın cərrahi və terapevtik müalicəsinə, eləcə də gediş-dönüş sənədində nəzərdə tutulmuş vaxtda səfərdən geri qayıda bilmədiyi üçün vətənə xüsusi şəraitdə (xərək və ailə üzvünün müşayiəti ilə) geri qayıtmasına çəkilən xərclər ödənilmişdir.

 “Atəşgah” SŞ tərəfindən səfər sığortası üzrə həyata keçirilən ikinci iri ödənişin məbləği 7 427,30 AZN təşkil edib. Sığorta olunan Türkiyəyə etdiyi səfərin son günü geri qayıdarkən hava limanında yıxılmış və nəticədə ayaq sümüyü sınmışdır. Sığortaçı tərəfindən Sığorta olunanın cərrahi və terapevtik müalicəsinə, eləcə də vaxtında səfərdən geri qayıda bilmədiyi üçün vətənə geri qayıtmasına çəkilən xərclər ödənilmişdir. Hadisə ilə əlaqədar həmçinin, sığorta olunanla birlikdə səfər edən ailə üzvlərinin nəzərdə tutulmuş vaxtda səfərdən geri qayıda bilmədikləri üçün vətənə geri qayıtmalarına çəkilən xərclər ödənilmişdir.

Şirkət tərəfindən səyahət sığortası üzrə ödənilən növbəti iri məbləğ 6 510,78 AZN olub. Sığorta olunan İsveçrə Konfederasiyasında səfərdə olduğu zaman səhhətində yaranan kardioloji şikayətlər səbəbindən tibb müəssisəsinə aparılıb. Sığorta olunanın terapevtik müalicəsinə çəkilmiş xərclər Sığortaçı tərəfindən həyata keçirilib.

Ümumilikdə 2018-ci ildə “Atəşgah” SŞ - nin səfər sığortası üzrə ödənişlərinin ümumi həcmi 500 min AZN çox təşkil etmişdir.  

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-cı ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment