1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirilib
13.02.2019

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və “Visa Inc.” beynəlxalq kart təşkilatının birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirilib

Bakı, FinanceTime. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqamətində tədbirlərin icrasını davam etdirir.

Bu əsasda “VisaInc.” beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində KİV nümayəndələri üçün rəqəmsal ödənişlər sahəsində maliyyə savadlılığının yüksəldilməsi məqsədilə “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirildi.

Təlimdə çıxış edən “VisaInc.” beynəlxalq kart təşkilatının mərkəzi Vaşinqtonda yerləşən "Visa School of Public Policy" (VSPP) institutunun baş direktoru Məcid Hucair rəqəmsal ödənişlər çərçivəsində baş verən yeniliklərin ictimaiyyətə çatdırılması baxımından KİV-lərin əhəmiyyətini vurğulayaraq rəqəmsal ödənişlərin üstünlükləri, ölkə iqtisadiyyatında əhəmiyyəti, rəqəmsal ödənişlər üzrə tətbiq olunan modellər haqqında ətraflı məlumat verdi. 20-dən çox aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin, müstəqil jurnalistlərin iştirakı ilə keçirilən təlimdə müxtəlif iqtisadi subyektlər arasında nağdsız ödəniş mühitinin formalaşdırılması, rəqəmsal ödənişlər və kölgə iqtisadiyyatı, rəqəmsal ödəmələrin sosial, iqtisadi və strateji üstünlükləri, habelə “nağdsız şəhər” təcrübəsi, “innovativ ödəniş həlləri və texnologiyaları ətrafında müzakirələr aparıldı.

Qarşılıqlı müzakirələr əsasında keçirilən təlimdə rəqəmsal ödənişlər mövzusu üzrə KİV nümayəndələrini maraqlandıran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Qeyd edək ki, Palata mütəmadi olaraq müxtəlif istiqamətlərdə, həmçinin KİV nümayəndələrinin maliyyə savadlılığının yüksəldilməsi məqsədilə maliyyə bazarlarının aktual mövzuları üzrə təlim və tədbirlər həyata keçirir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment