1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlar üçün kredit şərtlərini asanlaşdırıb
12.02.2019

Bakı, FinanceTime. Real sektorun inkişafını davamlı şəkildə dəstəkləyən Azərbaycan Beynəlxalq Bankı 2018-ci ildə iri korporativ müştərilərə, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 500 milyon manatadək kredit və qarantiyalar verib.Proses bu il də davam etdiriləcək. Xüsusiləkiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsibankın kredit siyasətində önəmli yer tutacaq. Azərbaycan Beynəlxalq Bankıbu məqsədlə biznes kreditlərinin şərtlərini daha da asanlaşdırıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqi şəxsləri və fərdi sahibkarları “Dəstək olaq, işinizi böyüdün!” devizi ilə bankla fəal əməkdaşlığa dəvət edən Azərbaycan Beynəlxalq Bankının biznes krediti şərtləri indi belədir:  

Maksimal məbləğ: 5 000 000 AZN

Faiz dərəcəsi: illik 6%-dən başlayaraq

Müddət: 84 ayadək

Sahibkarlar kredit üçün bankın bütün filiallarına müraciət edə bilərlər. Biznes kreditini bankdan onlayn qaydada da sifariş etmək mümkündür. Müraciət göndərildikdən sonra bank əməkdaşı müştəri ilə əlaqə saxlayır. Onlayn kredit sifarişi üçün link: https://www.ibar.az/az/internet-banking/corporate-internetbank/biznes-krediti-onlayn-sifari-et/

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Azərbaycan Beynəlxalq Bankı olaraq ötən il kiçik və orta sahibkarlıq subyektləri ilə fəal tərəfdaşlığa başladıq. Yaratdığımız imkanlar sahibkarlarda böyük maraq doğurdu, biznes kreditləri üçün banka müraciətlər intensivləşdi. Sahibkarların istəklərini nəzərə alaraq onlar üçün yaratdığımız imkanları daha da genişləndiririk. Real, əsaslandırılmış biznes ideyaları olan hər kəs bu imkanlardan istifadə edərək öz biznesini inkişaf etdirə biləcək. Sahibkarlarımızı bu sərfəli imkanlardan faydalanmağa çağırırıq”.

Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üzrə təqdim etdiyi çeşidli məhsullar barədə daha ətraflı: https://www.ibar.az/az/corporate/loans/short-term-lending/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment