1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” SQ mütəxəssisləri Qırğızıstanda təşkil olunmuş təlimdə öz təcrübələrini bölüşüblər
11.02.2019

Bakı, FinanceTime.  2-3 Fevral tarixlərində “Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərinin mütəxəssisləri Qırğızıstanın yerli və xarici sığorta şirkətləri arasında böyük potensiala malik olan “AYU Qarant” Sığorta Şirkətinin (SŞ) bütün heyəti üçün Bişkekdə iki günlük təlim keçirib. Təlimdə şirkətin dörd əməkdaşı, Biznes analitika və proqnozlaşdırma şöbəsinin müdiri Elnar Sultanov, Biznesə dəstək şöbəsinin Baş mütəxəssisi Telman Hacıbutayev, Pərakəndə satış idarəsinin şöbə müdiri Afat Hüseynov və Rekrutinq və təlim şöbəsinin müdiri Babək Məmmədov spiker qismində iştirak ediblər.

Təlimin əsas mövzuları “İT sahəsində təhlükəsizlik”, “Sığorta hesablamaları və analitika”, “Sığorta agentlərinin yığılması, təlimi və idarəedilməsi” olub. Təlimdə eyni zamanda Qırğızıstan Respublikasında 2021-ci ildə qəbul olunması nəzərdə tutulmuş “Avtonəqliyyat vasitələri sahiblərinin Mülki Məsuliyyətinin İcbari sığortası” qanunu haqqında müzakirələr aparılıb. “Atəşgah” Sığorta Qrupunun (SQ) mütəxəssisləri Azərbaycan Respublikasında icbari avtomobil sığortasının tətbiqi, sığorta şirkətlərinin fəaliyyətində baş vermiş dəyişikliklər, gəlirlilik və zərərlik aspektləri, ümumi sığorta bazarına təsiri ilə bağlı öz təcrübələrini bölüşüblər.

Qeyd edək ki, bu təlim “Atəşgah” SQ və “AYU Qarant” SŞ-nin ilk əməkdaşlıq təcrübəsi deyil. Belə ki, 2015-ci ildə adıçəkilən sığorta şirkətinin rəhbərliyi üçün “Sığorta şirkətinin idarə edilməsi və maliyyə riskləri” mövzusunda təlim təşkil olunmaqla yanaşı, geniş təcrübə mübadiləsi də aparılmışdır. Əldə olunmuş razılığa görə, bu uğurlu əməkdaşlıq ənənəsi davam etdirilərək, Azərbaycanda mövcud olan sığorta fəaliyyətinin digər sahələrini də əhatə edəcək.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-cı ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment