1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Uber” Azərbaycan üçün yeni tətbiq hazırlayıb – “Uber Azerbaijan”
11.02.2019

Bakı, FinanceTime.  Azərbaycanda yeni “Uber Azerbaijan” tətbiqi istifadəyə verilib. Bu tədbiq istifadəçilərin təkliflərini və bazar təlabatlarını nəzərə alaraq hazırlanıb. Məsələn, zəif internet bağlantısı zamanı daha sürətli işləyir, bir gedişdə isə bir neçə ünvan qeyd etmək mümkündür. Tətbiq artıq “iPhone” və “Android”cıhazları üçün mövcuddur. Yeni istifadəçilər 25 fevral tarixinədək hər bir gediş üçün 30%-dək endirim əldə edəcəklər.

“Uber Azerbaijan” tətbiqi rastr əvəzinə vektorxəritələrindən istifadə edir, bu isə zəif internet bağlantısı zamanı tətbiqin daha surətliişləməsinə səbəb olur və cihazınyaddaşındaəvvəlkinə nisbətən üç dəfə az yer tutur. Bundan əlavə, yeni tətbiqdə əvvəlki versiyada olmayan funksiyalar əlavə olunub. “Uber Azerbaijan” tətbiqi sifariş üçün müştərinin yaxınlığında yerləşən daha əlverişli nöqtələri tövsiyə edə bilir. Həmçinin yeni tətbiq daxilində siz sürücüyəbəxşiş verə bilərsiniz – bu məbləğ səfərin sonunda kartdan avtomatik tutulacaq.

”Uber Azerbaijan” mobil tətbiqində, istifadəçilərin istəklərinə uyğun olaraq, əlavə etdiyimiz yeni xüsusiyyətlərdən biri – dayanacaqlımarşrutlardır. Məsələn, dostları yolüstüötürmək və ya marketə ziyarət etmək üçün bu imkan faydalı olacaq. Həmin ünvanları tətbiqdə qeyd etdiyiniz zaman, sistem sizin marşrutu təyin edir və dayanacaqları nəzərə alaraq qiymət hesablayır», - deyə“Uber”in Azərbaycan üzrə regional direktoru Ataman İnce bildirib.

Xüsusi olaraq yeni tətbiqinin yaradılması səbəbi ilə “Uber Azerbaijan” vasitəsi ilə yerinə yetirilən bütün gedişlər endirimli olacaq. Endirim dəyəri 1 AZN-dən çox olmamaq şərti ilə 30%-dək təşkil edə bilər və istifadəçi marşrutun son nöqtəsini göstərdikdə,endirim avtomatik olaraq tətbiq olunacaq. Təklif 11-25 fevral 2019-cu il tarixləri arasında keçərlidir. Qeyd edək ki, endirimlər sürücülərin mənfəətinə təsir göstərməyəcək –səfərin tam dəyərinə əsasən, xidmət şirkət tərəfindən kompensasiya edilir.

Bir müddət sonra əvvəlki “Uber” proqramı Azərbaycanda fəaliyyətini dayandıracaqvə ondan yalnız xaricdə istifadə etmək olacaq. “Uber Azerbaijan” tətbiqinə keçid asan və şəffaf olacaq. Qeydiyyatdan keçərkən müştəri sadəcə “Uber”hesabına bağlı olan nömrəsini qeyd etməlidir – gedişlərintarixçəsi, seçilmiş ünvanlar, tətbiqə əlavə olunmuş ödəmə kartları və sifariş hesabatları üçün e-poçt ünvanı, yeni “Uber Azerbaijan” tətbiqində avtomatik olaraq göstəriləcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment