1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell Akademiyası il ərzində müxtəlif təşkilatlar üçün 231 təlim təşkil edib
09.02.2019

Akademiya biznes və dövlət qurumları üçün peşəkar tədris proqramları təklif edir

Bakı, FinanceTime. Azərbaycanda dövlət və özəl sektor üçün tədris və konsaltinq xidmətləri təşkil edən Azercell Akademiyası ötən il aktiv fəaliyyəti ilə seçilib. 2018-ci il ərzində Akademiya tərəfindən müxtəlif dövlət və özəl qurumlar üçün 231 təlim sessiyası təşkil olunub. Təlim alan təşkilatlar sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin tabeli qurumları olan Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Baktelecom, Aztelekom, AzIntelecom, eləcə də Avand Technology, Azeronline, ELCOM kimi şirkətlərin, “ASAN xidmət”in Çağrı mərkəzinin əməkdaşları, həmçinin “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləri var idi.

Azercell daxilində 2003-cü ildən fəaliyyətə başlayan Azercell Akademiyasının tədris paketinə zəngin təcrübəyə malik 30 mütəxəssis tərəfindən tədris olunan 32 müxtəlif təlim proqramı daxildir. Azercell Akademiyasının fəaliyyətinin ilk dövrlərində yalnız Azercell şirkətinin əməkdaşları üçün daxili təlimlər keçirilirdi. Lakin sonradan bu cür təlimlərə yerli bazarda da tələbat yarandığından, Azercell Akademiyası fəaliyyət dairəsini genişləndirdi. İlk dövrlərdə Azercell-in əməkdaşlıq etdiyi, sonradan bazardakı digər şirkətlər, hətta dövlət təşkilatları üçün də belə təlimlər təşkil edilməyə başladı.

Azercell Akademiyasının təlimləri işçilərin inkişafında əvəzsiz rol oynayır. Gənclər, eləcə də tələbələr üçün “Karyera Brendini Yarat’ təlimində CV yazılışı, müsahibəyə hazırlıq və digər mövzularda zəruri biliklər tədris olunur. Bundan əlavə, şirkətlərin gənc əməkdaşlarına “Təqdimat Bacarıqları”, “Danışıqlar Aparmaq Vərdişləri” və digər aktual mövzular üzrə təlimlər keçirilir. Şirkətlər üçün “Müştəri Xidmətlərinin İdarə Edilməsi” üzrə təlimdə adı çəkilən funksiyanın rəhbərlərinə işə qəbul, seçim prosesi və tədris, iş proseslərinin qurulması və ölçülməsi kimi məqamlar çatdırılır. Akademiya tərəfindən ölkənin müxtəlif təşkilatları üçün üzbəüz və telefonda Müştəri xidmətləri , əməyin təhlükəsizliyi, layihələrin idarə edilməsi, eləcə də stresin idarə edilməsi sahəsində tədris kursları da keçirilir.

Təlimlərin məqsədi şirkətlərin inkişafına dəstək vermək, müştərilərə daha yüksək keyfiyyətli xidmət göstərmək, gənc mütəxəssislərin müştəri xidmətləri sahəsində peşəkar biliklərini artırmaq və əldə edilən bacarıqların təcrübədə effektiv tətbiqini təmin etməkdən ibarətdir.

Azercell şirkəti təlim prosesinə davamlı yatırımlar etməklə insan kapitalına böyük sərmayə qoyur. Məhz bunun nəticəsi olaraq, ötən il “Azercell Telekom” MMC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatını qazandı. Azercell ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment