1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“UNEC-100” İnkişaf Strategiyası -Tədqiqat Universiteti
06.02.2019

Bakı, FinanceTime.   “UNEC-100” İnkişaf Strategiyasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədqiqat universitetinə transformasiyası ilə bağlı strateji məqsəd, hədəflər və fəaliyyət istiqamətləri  müəyyən olunub.

Strategiyaya əsasən, tədqiqat universitetinə çevrilmək istiqamətində UNEC magistratura və doktorantura təhsilini mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırmağı, milli və beynəlxalq səviyyədə yüksək reytinq qazanmış “beyin mərkəzi” yaratmağı, sifariş və qrantlar əsasında yerinə yetirilən tədqiqat layihələrinin sayını ilbəil artıraraq universitetin büdcəsinin 20%-nə çatdırmağı əsas hədəfə çevirib.

Bununla yanaşı, 2030-cu ilə qədər “Web of Science” və “Scopus” elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə çap edilən məqalələrin sayını ilbəil artırmaq, həmin bazalara daxil olan 3 elmi jurnala sahib olmaq, elmi məruzələri nüfuzlu bazalara daxil edilən beynəlxalq elmi tədbirlər təsis və təşkil etmək, o cümlədən hər il iqtisadçı tələbələrin beynəlxalq tələbə elmi konfransını təşkil etmək UNEC -in İnkişaf Strategiyasında hədəf kimi müəyyən olunub.

Hazırda isə UNEC-də konkret və spesifık tədqiqat istiqamətləri üzrə 17 tədqiqat-araşdırma mərkəzi, İqtisadi Klinika, Sığorta məktəbi və İnkişaf iqtisadiyyatı laboratoriyası fəaliyyət göstərir. Elmi tədqiqatların stimullaşdırılması məqsədilə  isə UNEC Tədqiqat Fondu, Differensial Əmək Haqqı Sistemi və nüfuzlu jurnallarda məqalə nəşrinə görə mükafatlandırma mexanizmi mövcuddur. UNEC-də ali təhsilin magistratura və doktorantura təhsil pilləsi üzrə beynəlxalq standartlara cavab verən müasir tədris və təlim metodlarının tətbiq olunduğu, “İqtisadiyyat və idarəetmə” ixtisas qrupuna daxil olan 11 ixtisas və 39 ixtisaslaşma üzrə 4 dildə tədris aparan Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi də fəaliyyət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment