1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan turizminin xaricdə təbliğatında hotellərin fəaliyyəti müzakirə olunub
06.02.2019

Bakı, FinanceTime. Fevral ayının 5-də Azərbaycan Hotel Assosiasiyasının təşəbbüsü ilə təşkilata üzv olan hotellər üçün qarşılıqlı fikir mübadiləsinə əsaslanan seminar-təlim keçirilib. Tədbir Azərbaycan Turizm Bürosu ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Seminar-təlimdə hotel nümayəndələri ilə Azərbaycan Turizm Bürosunun müxtəlif şöbələrinin əməkdaşları arasında görüşlər keçirilib, hotellərin turizm sənayesindən gözləntiləri ilə bağlı fikirləri dinlənilib. 

İştirakçılara dünyanın 6 əsas hədəf bazarında həyata keçirilən və planlaşdırılan fəaliyyətlər, ölkəmizdə isgüzar turizmin inkişaf etdirilməsində hotellərin üzərinə düşən rolun vacibliyi barəsində məlumat verilib. 

Hotellərin nümayəndələri ilə yeni turizm məhsullarının yaradılması starategiyası haqqında fikir mübadiləsi aparılıb, beynəlxalq sərgilərdə hotellərin iştirak proseduru ilə bağlı suallar cavablandırılıb. 

Ümumilikdə hotelçilik sənayesinin 50-yə yaxın nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycanın turizm potensialının xaricdə tanıdılmasında hotelçilik sənayesinin fəaliyyəti müzakirə olunub. 

İştirakçıların marağı nəzərə alınaraq Azərbaycan Hotel Assosiasiyası tərəfindən mütəmadi olaraq üzv hotellər üçün bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment