1 USD 1.7000   1 EUR 1.9126   1 AED 0.4628   1 ARS 0.0402   1 AUD 1.2112   1 BRL 0.4319   1 BYN 0.8142   1 CAD 1.2724   1 CHF 1.6731   100 CLP 0.2560   1 CNY 0.2532   1 CZK 0.0744   1 DKK 0.2562   1 EGP 0.0990   1 GBP 2.2079   1 GEL 0.6299   1 HKD 0.2167   100 IDR 0.0121   1 ILS 0.4731   1 INR 0.0244   100 IRR 0.0040   100 JPY 1.5197   1 KGS 0.0238   100 KRW 0.1490   1 KWD 5.5884   1 KZT 0.0045   100 LBP 0.1126   1 MDL 0.0954   1 MXN 0.0902   1 MYR 0.4119   1 NOK 0.2000   1 NZD 1.1342   1 PLN 0.4464   1 RUB 0.0266   1 SAR 0.4533   1 SDR 2.3581   1 SEK 0.1825   1 SGD 1.2539   1 TJS 0.1801   1 TMT 0.4857   1 TRY 0.2916   1 TWD 0.0551   1 UAH 0.0639   100 UZS 0.0203   1 XAG 25.5284   1 XAU 2166.8201   1 XPD 2366.4341   1 XPT 1529.2605   1 ZAR 0.1199   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 















Banklar


Azərbaycan Beynəlxalq Bankından daha bir yenilik – UnionPay kartları!
05.02.2019

Bakı, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı əməliyyat həcmlərinə görə dünyanın ən nəhəng beynəlxalq kart təşkilatı olan UnionPay beynəlxalq kart təşkilatının kartlarının emissiyasına başlayıb. Bankın müştərilərinə təklif etdiyi UnionPay Classic, UnionPay Gold, UnionPay Platinum kartlarını buradan onlayn qaydada, yaxud bankın filial və şöbələrində sifariş vermək olar. UnionPay kartı hesablarını həm manat, həm də ABŞ dollarında açdırmaq mümkündür. Kart debet və kredit rejimlərində işləyir.

Geniş istifadə şəbəkəsi, əməliyyatların yüksək keyfiyyəti, effektivliyi, ən əsası isə çox güclü beynəlxalq təhlükəsizlik sisteminə malik olması UnionPay kartlarının əsas üstünlüklərindəndir. 2002-ci ildə Çin Dövlət Şurası və "Çin Xalq Bank"ı tərəfindən təsis edilmiş "UnionPay International" şirkəti emissiya etdiyi kartların sayına və kartlar üzrə tranzaksiyaların həcminə görə dünya lideridir. UnionPay hazırda 174 ölkədə xidmət göstərir, kartlarının ümumi sayı 7 milyarddan artıqdır. UnionPay kartlarından dünyanın müxtəlif ölkələrindəki 52 milyondan çox ticarət və xidmət məkanında 2.6 milyondan çox ATM-də, eləcə də onlayn alış-verişlərdə maneəsiz istifadə etmək olar.

Kart bir çox məkanlarda ödənişlər zamanı öz sahibinə endirimlər qazandırır. Bu kartın sahibləri həm UnionPay-in, həm də Azərbaycan Beynəlxalq Bankının yaratdığı güzəşt imkanlarından faydalana bilərlər. Məsələn, “Qayğıkeş” klubu çərçivəsində bankla tərəfdaşlıq edən alış-veriş məkanlarında ödənişləri UnionPay kartları və Azərbaycan Beynəlxalq Bankının POS terminalları vasitəsilə aparan zaman ödənilmiş məbləğin 40%-dək hissəsi elə yerindəcə müştərinin kart hesabına geri qayıdacaq. Bundan başqa, bu kartla xaricdə edilmiş alış-verişlər üzrə vergi ödənişləri Tax Free sahəsində qlobal kompaniya olan “Global Blue” ilə tərəfdaşlıq çərçivəsində kart sahibinin hesabına daha təhlükəsiz və daha sürətli qaydada geri qayıdır. Əlavə olaraq UnionPay kart sahibləri mütəmadi olaraq keçirilən kampaniyalar çərçivəsində dünyanın bir çox hava limanlarının “Duty free” alış-veriş zonasında xüsusi endirimlər əldə edə bilərlər. Eyni zamanda premial UnionPay kart sahiblərinin “Global concierge”, “Global assistance” kimi bir sıra beynəlxalq xidmətlərdən yararlanmaq imkanı var. Bütün qeyd olunanlar barədə daha ətraflı məlumat əldə etmək üçün “UnionPay International” mobil tətbiqini yükləmək kifayət edir.

Azərbaycan Beynəlxalq Bankı hazırda ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. UnionPay, VISA, Mastercard, American Express, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir. Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az  internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.





26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi

10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi


18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri

20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment