1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah Həyat” Sığorta Şirkətinin İdarə Heyətinə yeni təyinatlar olub
01.02.2019

Bakı, FinanceTime.   Ölkənin aparıcı sığorta şirkətlərindən biri “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” SŞ İdarə Heyətinə yeni üzvlər təyin edilib. Bu qərar Şirkətin 16 yanvar 2019-cu il tarixində təşkil olunmuş növbədənkənar Ümumi yığıncağınında qəbul edilib.

Belə ki, adları qeyd olunmuş əməkdaşlar 1 fevral 2019-cu il tarixindən “Atəşgah Həyat” SŞ İdarə Heyətinin tərkibinə qəbul edilib:

  • Səfərov Mahmud Mürsəl oğlu - "Atəşgah Həyat" Sığorta Şirkəti ASC İdarə Heyəti üzv

  • Baxşəliyev Xaqani Firdusi oğlu - "Atəşgah Həyat" Sığorta Şirkəti ASC İdarə Heyəti üzv

  • İmamverdiyev Yusif Rafiq oğlu - "Atəşgah Həyat" Sığorta Şirkəti ASC İdarə Heyəti üzv

Yeni üzvlər “Atəşgah” SQ –da uzun müddət çalışan peşəkar kadrlardır və hazırda Şirkətdə deprtament, eləcə də idarə rəisi vəzifələrini tuturlar.

Hazırda “Atəşgah Həyat” SŞ İdarə Heyətinin sədri Əliyev Azər Əmiraslan oğlu, İdarə Heyəti Sədrinin müavini isə Şirinli Orxan Rasim oğludur.

---------------------------------------------------------------------------------------------------------------------

Qeyd: Azərbaycanda ilk həyat sığortası şirkəti olan “Atəşgah Həyat” SŞ 1998-ci ildə təsis edilmiş və Azərbaycan Respublikasının “Sığorta haqqında” Qanununun yeni tələblərinə uyğun olaraq müstəsna olaraq həyat sığortası üzrə xidmətləri təqdim etmək üçün 2008-ci ildə qeydiyyatdan keçmişdir.

Şirkət həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari həyat sığortası və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment