1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“İnanıram ki, təcrübəm qurumun işinə öz töhfəsini verəcək” – A.Əliyev
21.01.2019

Bakı, FinanceTime.  “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Allahverdi oğlu Əliyev "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə sədr təyin edilib. Yeni təyinatla bağlı qərar qurumun Müşahidə Şurasının (MŞ) iclasında qəbul edilib.

“Bildiyiniz kimi cari ildə assosiasiya nizamnaməsində dəyişiklik edilib və bu ildən etibarən fərqli sığorta şirkətlərinin rəhbərləri sədr olaraq seçiləcək. Əminəm ki, tətbiq edilən yenilik sığorta şirkətlərinin, eləcə də ölkənin sığorta bazarının inkişafında müsbət rol oynayacaq. Mənə bu məsuliyyətli vəzifəni etibar etdikləri üçün Müşahidə Şurasına təşəkkürümü bildirirəm. İnanıram ki, hər bir sığorta şirkəti rəhbərinin, o cümlədən də mənim təcrübəm qurumun işinə öz töhfəsini verəcək”, - deyə Azər Əliyev bildirib.

Qeyd edək ki, Azər A. Əliyev 2017-ci ilin oktyabrında “Atəşgah” SŞ İdarə Heyətinin sədri təyin olunmuş və daha əvvəl ASA-nın sədri vəzifəsində çalışmışdır. 

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-cı ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment