1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” ASC Könüllü Tibbi Sığorta üzrə “Ailə paketi” adlı məhsul təqdim edir
17.01.2019

Bakı, FinanceTime.   “AtaSığorta” ASC əhalinin Könüllü Tibbi Sığorta növündən əlverişli şərtlərlə istifadə etməsi üçün xüsusi “Ailə Paketi” məhsulunu təqdim edir. Sayı üç nəfərdən başlayaraq olan ailələr tibbi sığorta proqramına qoşula bilərlər. “AtaSığorta” ASC müştərilər üçün məhsul üzrə  dörd çeşiddə proqramlar hazırlayıb, bunlar - “Optimal”, “Classic”, “Classic Plus” və “Prestige” proqramlarıdır. Paketlərin qiymətləri daxil edilən xidmətlərin sayından və sığortalanan şəxslərin sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. “Optimal” proqramının bir nəfər üçün illik qiyməti 160 manat, “Classic” proqramının bir nəfər üçün illik qiyməti 340 manat,  “Classic Plus” proqramının bir nəfər üçün illik qiyməti 440 manat, “Prestige” proqramının isə bir nəfər üçün illik qiyməti 580 manatdan başlayır.

 “AtaSığorta” ASC Tibbi Sığorta Departamentinin direktoru Rozaliya Sadıqova proqramla bağlı bildirir ki, sağlamlığın qayğısına qalmaq və vaxtlı-vaxtında tibbi müayinələrdən keçmək istəyənlər üçün bu proqramlar çox sərfəlidir. Sağlamlıq ən böyük nemətdir. Bu paketləri əldə edən şəxslər bir il ərzində Azərbaycanın 100-dən çox tibb müəssisəsində və apteklərdə tibbi yardım və əczaçılıq xidmətindən yararlana biləcəklər. İstifadə olunacaq sığorta məbləği isə proqramdan proqrama fərqlənərək 2 000-10 000 manat civarında dəyişir. Qeyd edim ki,   klinikalar siyahısına Mərkəzi Klinik Xəstəxana, DGK Mərkəzi Hospitalı, Mərkəzi Neftçilər xəstəxanası, Dünyagöz Klinikası, Medikal Plaza, N.Tusi adına klinika və s.. Həmçinin 20-yə yaxın müxtəlif stomatoloji klinikalar, bunlar Mərkəzi Klinika (Stomatologiya), “32-Gözəl” klinikası, “Dental Club”, “Dental Studio”, “Only Dent” və s.. Apteklərin siyahısında isə “Dokta”, “Zeytun”, “Azərimed“ şirkətlərinin çoxsaylı əczaxanaları daxıldır. “AtaSığorta” ASC-nin Tibbi sığorta proqramları haqqında ətraflı məlumat almaq və sığorta paketini əldə etmək istəyənlər (012) 596-59-11 nömrəsinə zəng vura bilərlər.








 “AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 milyon manata yaxın aktivlərə malik olmaqla 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment