|
|
|
Fond birjası | | | Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir |
26.12.2018 | |
| |
Bakı, FinanceTime. 26 Dekabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101072S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4004 AZN (7,76%) ilə 99.2479 AZN (9,74%) arasında olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 498, 944, 100.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2479 AZN (9.74%), orta ölçülmüş qiyməti 99.2791 AZN (9.34%) müəyyənedilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300, 000, 000. 00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 23.01.2019.
|
|
|
|