1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Coca-Cola” Fondu dünya üzrə sosial layihələrə 1 mlrd. dollar yatırıb
10.12.2018

Bakı, FinanceTime.  “Coca-Cola” şirkətinin 1984-cü ildə təsis etdiyi “Coca-Cola”Fondu əsası qoyulduğu gündən indiyədək bütün dünyada sosial layihələrə 1 mlrd.ABŞ dollarından çox maliyyə vəsaiti xərcləyib. Bunu “Coca-Cola” şirkətinin baş direktoru Ceyms Kuinsi Atlantada çıxış edərkən bildirib.

Ceyms Kuinsi onu da əlavə edib ki, son 30 ildən artıq müddət ərzidə“Coca-Cola”Fondunun dəstəklədiyi proqramlar 2400-dən artıq təşkilattərəfindən icra olunmaqla 655 milyondan çox insanı əhatə edib. Bu layihələr dünyanın əksər ölkələrində əsasən ətraf mühitin qorunması, qadınların inkişafına dəstək və ümumiyyətlə cəmiyyətin sosial rifahının yaxşılaşmasına yönəlib. “Coca-Cola”Fondu bu mötəbər missiyanı həyata keçirməkdə onunla əməkdaşlıq edən tərəfdaşlarına və icmaların inkişafında əməyi keçən hər kəsə təşəkkür etmək üçün #ThanksABillion (“Milyard dəfə təşəkkür”) adlı kampaniyaya başlayıb.

“Coca-Cola”Fondunun prezidenti Helen Smit Prays təşkilatın missiya və məqsədlərini şərh edərək bildirib ki, Fondun məqsədişirkətin təmsil oldunduğu bütün ölkələrdə cəmiyyətin inkişafını dəstəkləmək, insanların həyat səviyyəsinin yüksəlməsinə yardım etməkdir.

«“Coca-Cola” şirkətinin uğurufəaliyyət göstərdiyi ölkələrin, cəmiyyətlərin dayanıqlı inkişafına bağlıdır. Bu gün dünya istehlakçılarısosial inkişafı dəstəkləyən, cəmiyyətdə müsbət dəyişikliklərə yol açan şirkətlərəüstünlük verirlər. Məhz buna görə 2007-ci ildə şirkətimizözünün illik əməliyyat gəlirlərinin ən azı 1%-ni icmalara geri qaytarmaq öhdəçiliyini üzərinə götürüb. Biz hər il gəlirlərimizin bir hissəsini sosial inkişafa yönəldirik. Biznesimiz nə qədər çox qazanarsa, biz də cəmiyyətə bir o qədər çox dəstək ola bilərik», - deyə Helen Smit Prays qeyd edib.

Fond hər il dünyanın bir çox ölkəsindən insanların həyatında müsbət dəyişiklik etmək, cəmiyyətlərin inkişafına töhfə vermək üçün minlərlə layihə təklifi alır. Hər bir layihə fərdi şəkildə dəyərlənidirir, yerli icmaların ehtiyaclarına nə dərəcədə cavab verdiyi və şirkətin sosial inkişaf prioritetlərinə(ətraf mühitin qorunması, qadınlara dəstək və cəmiyətin sosial rifahının yaxşılaşdırılması) uyğunluğu nəzərə alınır.

“Coca-Cola” Fondunun Azərbaycanda dəstəklədiyi sosial layihələr haqqında məlumat verən şirkətin Qafqaz regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib: “Həm “Coca-Cola” Fondu, həm də “Coca-Cola” şirkəti son 7 il ərzində ölkəmizdə bir sıra önəmli ekoloji və sosial layihəyədəstək olub, bunun üçün 2,6 milyon dollar vəsait xərcləyib.Bu layihələrdən indiyədək 1,3 milyondan çox insan bəhrələnib. “Coca-Cola”hər zaman Azərbaycanın sosial inkişafına böyük önəm verib və bu istiqamətdə dəstəklədiyimiz layihələrin icrasında bizimlə əməkdaşlıq edən təşkilatlara və dövlət qurumlarına öz təşəkkürümüzü bildiririk”.

Fondun dəstəklədiyi ən iri layihələrindən biri ADA Universitetinin tərəfdaşlığı ilə birgə reallaşan “Ağac əkək, təbiətə töhfə verək” layihəsidir. Bu layihə nəticəsində Bakı və Abşeron yarımadasında 50 minədək zeytun və şam ağacları əkilib. Hər bir ağac isə damcı-suvarma sistemi ilə təchiz edlib ki, bu da ağacların dayanıqlı olmasını təmin edir.

Fondun maliyyələşdirdiyi digər layihə isəgənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi məqsədi daşıyan “Youth İnc” proqramıdır. Proqram Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debatlar” təşkilatı tərəfindən icra olunur. Proqram çərçivəsində minlərlə gənc qız və oğlanlar biznesin əsasları təlimi alaraq onlarla kiçik biznesə başlamağa müvəffəq olublar. Bu proqram nəticəsində 200-dək gənc işlə təmin edilib.

“Uğurlu qadın, uğurlu gələcək” adlı layihə isə “Coca-Cola” Fondunun dəstəyi ilə “ASAN Konüllüləri” təşkilatı tərəfindən həyata keçirilib. Layihə Azərbaycanın turizm potensialı ilə tanınan Qəbələ, Masallı və Gəncə bölgələrində işsiz qadınlara turizm və sahibkarlıq təlimi keçərək onları bu sahədə sahibkarlıq fəaliyyətinə həvəsləndirmək məqsədi daşıyır.

Bundan başqa, “Coca-Cola” şirkəti BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Salyan və Neftçalada iki qadın resurs mərkəzi açıb. Hər iki mərkəz qadınların təşəbbüslərini dəstəkləyir və hazırda onların köməyi ilə 500-dən çox kəndli qadın əlavə iqtisadi və sosial bacarıqlara yiyələnib, 79 məhdud fiziki imkanlı qadın yeni peşə bacarıqlarına yiyələnib və öz biznes-planlarını hazırlayıblar, 22 sahibkar qadın isə iqtisadiyyatın müxtəlif sahələrində şəxsi bizneslərini yaradıb.Layihə nəticəsində əyalətdən olan xanımlar tərəfindən 10-dan çox kiçik biznes fəaliyyətə başlayıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment