1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Lizinq


Azərbaycan Kredit Bürosu məlumat bazasını genişləndirir
07.12.2018

Bakı, FinanceTime.  Azərbaycan Kredit Bürosu (Büro)əhatə dairəsinin genişləndirilməsi, məlumatistifadəçilərinindaha geniş informasiya ilətəmin edilməsi strategiyası çərçivəsində ölkədə fəaliyyət göstərən lizinq şirkətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirmişdir. Tədbiri giriş sözü ilə açan Büronun Baş direktoru Elçin Həbibov iştirakçılara Büronun fəaliyyəti və bu müddət ərzində təqdim edilmiş xidmətlər haqqında məlumat vermişdir.Baş direktor eyni zamanda çıxışında kredit məlumatlarının mübadiləsi sisteminin biznes subyektlərinin risklərinin azaldılmasındakırolu barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Görüşdə Büronun əməkdaşları Büronun xidmətləri və lizinq şirkətlərinin Büroya inteqrasiyası ilə bağlı nəzərdə tutulan planvə addımlar haqqında təqdimatlarla çıxış etmiş, tədbir iştirakçıları ilə məlumat mübadiləsi üzrə interaktiv müzakirələr aparılmışdır.

Qeyd edək ki, Büro tərəfindən ilkin olaraq lizinq şirkətlərinin Büroya inteqrasiyası imkanlarının qiymətləndirilməsi aparılacaq və onlarınBüroya qoşulması üçün zəruri təlimatlar və test mühit təqdim olunacaqdır.

Müvafiq hazırlıq prosesini başa çatdırmış və öz portfelini Büroya ötürməyə hazırlığı bitirən şirkətlər Büro ilə real vaxt rejimində məlumat mübadiləsinə başlayacaqlar.

Qeyd olunan məsələlərlə bağlı əlavə sualınız olarsa, Büroya (e-mail:office@acb.az, tel:99412-597-30-55) müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment