Baki, FinanceTime. 03 dekabr, 2018-ci il tarixində Bakı Fond Birjasında “BOKT Embafinans MMC”-nin AZ2002020603 ISIN-li, 1.000.000 mln AZN həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 AZN olmuşdur. 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1.000.000,00 AZN olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1mln. AZN təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 3 dekabr 2019-cu ildir.