Baki, FinanceTime. 23 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106016691ISIN-li, 30 mln. manat həcmində, 182gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 5investor tərəfindən qiyməti intervalı 92.6240 AZN (12.0000%)və 100.0515 AZN (8.9800%) olan 8 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0515 AZN (8.9800%), orta ölçülmüş qiyməti 100.0515 AZN (8.9800%)müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43. 961900, 00 AZN yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 19.10.2021-ci il.
Hərrac iştirakçıları 24 oktyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.