Baki, FinanceTime. 20 sentyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC – nin AZ2032008685 ISIN-li, 20 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Yerləşdirmə zamanı hərrac qiyməti 1001,9167 AZN olmuşdur.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21 040250,70 AZN olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000000,00 AZN təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 09 aprel 2041-ci ildir.