Baki, FinanceTime. 12 iyul 2018-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2030008687 ISIN-li, 20 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Yerləşdirmə zamanı hərrac qiyməti 1 007 AZN olmuşdur.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 000 000,00 manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 19 dekabr 2040-ci ildir.