1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


"Türk Hava Yolları" istiqamətlərin sayını 304-ə çatdırıb
22.06.2018

Baki, FinanceTime.  Digər aviaşirkətlərdən daha çox istiqamətlər üzrə uçuşlar həyata keçirən "Türk Hava Yolları" Komor Adaları İttifaqının ən iri şəhəri və paytaxtı olan Moronini marşrut şəbəkəsinə əlavə edib. Aviaşirkət Moroniyə reyslər üzrə uçuşları həftədə 3 dəfə yerinə yetirəcək (Seyşel adalarında dayanaraq).

Komor Adaları İttifaqı üç iri adadan ibarətdir – Grand Komor, Anjuan və Moxeli. Moronini marşrut şəbəkəsinə daxil etməklə “Türk Hava Yolları” uçduğu ölkələrin sayını 122-yə, istiqamətlərin sayını isə 304-ə çatdırıb, bu istiqamətlərin 53-ü Afrikada yerləşir.

İstanbuldan Moroniyə və əks istiqamətə biletin minimal qiyməti 973 ABŞ dolları (vergi və rüsumlar daxil) təşkil edir.

"Türk Hava Yolları"nın uçuş cədvəli ilə bağlı məlumatı aviaşirkətin rəsmi saytında www.turkishairlines.com, satış ofislərində və ya məlumat mərkəzi ilə əlaqə saxlayaraq (+994 12) 404-88-49 əldə etmək mümkündür.

 

“Türk Hava Yolları” haqqında:

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 304 istiqamət üzrə uçuşlar yerinə yetirən (255 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment