|
|
|
Fond birjası | | | Bakı Fond Birjası tərəfindən Bakı Mühəndislik Universitetində “MASTERCLASS” təlimi keçirilmişdir |
14.05.2018 | |
| |
Baki, FinanceTime. 11 may 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) mütəxəssisləri “Bilik Mübadiləsi” proqramı çərçivəsində qonaq təlimçi qismində Bakı Mühəndislik Universitetinin tələbələri üçün kapital bazarlarına dair təlim keçirmişdir.
Təlim ərzində BFB-nin mütəxəssisləri iştirakçılara maliyyə bazarlarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət və listinq, post-ticarət əməliyyatları, qiymətli kağızlarla kütləvi ticarət olunan şirkət olmağın üstünlükləri barədə nəzəri və praktiki biliklərə dair geniş təqdimatla çıxış etmişlər.
Sual cavab sessiyasında tələbələrin sualları təlimçilər tərəfindən ətraflı cavablandırılmış və geniş müzakirələr aparılmışdır.
|
|
|
|