Baki, FinanceTime. 29 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında “MET-AK”MMC-nin AZ2001020273 ISIN-li, 2 mln manat həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 AZN olmuşdur.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 000 000,00 manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 2 mln manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 29 yanvar 2019-cu ildir.