Baki, FinanceTime. 04 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)50100167S dövlət qeydiyyat nömrəli,250 mln manat həcmində,27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98.8882 AZN (14.99%)və 98.9984 AZN (13.48%) olan 9 sifariş təqdim edilmişdir.Sifarişlərin nominal qiymətlə ümumi məbləği 80,062,300 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8882 AZN (14.99%), orta ölçülmüş qiyməti 98.9222 AZN (14.52%)müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 80,062,300 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 31.01.2018