Baki, FinanceTime. 29 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)50100465S dövlət qeydiyyat nömrəli,350 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 18 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 25 sifariş təqdim edilmişdir.Sifarişlərin nominal qiymətlə ümumi məbləği 701 224 600,00AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 350 000 000,00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 27.12.2017