Baki, FinanceTime. 28 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC – nin AZ2021008688 ISIN-li, 25 mln manat həcmində, 18 il (6480 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Yerləşdirmə zamanı hərrac qiyməti 1 001,6700 AZN olmuşdur.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 200 000,00 manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 mln manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 06 iyun 2035-ci ildir.