Baki, FinanceTime. 29 iyun 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100357S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 50 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti –27gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 7investor tərəfindən 9 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 163,675,400.00 AZN təşkil etmişdir.
Sifarişlər99.1080 AZN (12.00%) və 99.2552 AZN (10.01%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2552 AZN (10.01%), orta ölçülmüş qiyməti –99.2552 AZN (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar29.06.2017 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 50,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi26.07.2017-ci ildir.