Baki, FinanceTime. 23 may 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0105004557 ISIN kodlu, 728 gün tədavül müddətli, 20 000 000 AZN həcmində ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 3,000,000.00 AZN təşkil etmişdir.
Sifarişlər 100.00 AZN (15.0000%) və 100.00 AZN (15.0000%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 100.00 AZN (15.0000%), orta ölçülmüş qiyməti 100.00 AZN (15.0000%) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 24.05.2017 (t+1) tarixində həyata keçiriləcəkdir
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 3,000,000.00 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 21.05.2019-cı ildir.