Baki, FinanceTime. 03 fevral 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104001547 ISIN kodlu, 364 gün tədavül müddətli, 15 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 9 investor tərəfindən 21 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 41,647,200.00 AZN təşkil etmişdir.
Sifarişlər 80.0900 AZN (25.1349%) və 86.3000 AZN (16.0507%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 84.4604 AZN (18.6025%) orta ölçülmüş qiyməti 84.6451 (18.3413%) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 06.02.2016 (t+1) tarixində həyata keçiriləcəkdir
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 15 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 02.02.2018-cı ildir.
İstiqrazların tədavül müddəti – 364 gündür.