BFB-də Birja Üzvləri olan İnvestisiya Şirkətləri ilə görüş
10.01.2017
Baki, FinanceTime. 09 yanvar 2017 –ci il tarixində BFB-də Birja Üzvləri olan İnvestisiya Şirkətləri ilə görüş keçirilmişdir. Görüş zamanı 2016-cı ilin fəaliyyət nəticələri barədə üzvlərə məlumat verilmiş, 2017-ci ilin əsas fəaliyyət istiqamətlərinin koordinasiya edilməsi, birgə fəaliyyət sahələrinin müəyyən edilməsi, dövlət qiymətli kağızları bazarı, o cümlədən birja üzvləri, investorları və emitentləri maraqlandıran digər məsələlərin geniş müzakirəsi baş tutmuşdur.