Baki, FinanceTime. 21 dekabr 2016-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100852S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 50 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti –28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 45,577,700.00 AZN təşkil etmişdir.
Sifarişlər 98.8472 AZN (14.9945%) və 98.8473 AZN (14.9932%)qiymət intervalındatəqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8472 AZN (14.9945%), orta ölçülmüş qiyməti –98.8473 AZN (14.9932%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar21.12.2016 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 45,577,700.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi18.01.2017-cı ildir.