Baki, FinanceTime. 15 noyabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102022511 ISIN kodlu, 182 gün tədavül müddətli, 19 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 6 investor tərəfindən 15 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 33,380,300.00 AZN təşkil etmişdir.
Sifarişlər 90.9771 AZN (19.9999%) və 93.4747 AZN (14.0773%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.8065 AZN (17.9974%) orta ölçülmüş qiyməti 92.7129 AZN (15.8499%) təşkil etmişdir.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 19 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 16.05.2017-cı ildir.
İstiqrazların tədavül müddəti – 182 gündür.