1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


“Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları”mövzusunda seminar keçiriləcək
04.11.2016

Baki, FinanceTime. Bakı Fond Birjası (BFB) və Yüksək Texnologiyalar Parkının (YTP) dəstəyi ilə cari ilin 7 noyabr tarixində “Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları”mövzusunda seminar keçiriləcək. Təşkil ediləcək seminar "Borsa İstanbul"un Marketinq və Satış Departamentinin müdiri AdnanSerhatGörgünvə BFB-nin Biznesin İnkişafı Qrupunun rəhbəri Abdulla İsayev tərəfindən aparılacaq.

Təlim "Şirkət dəyərləndirilməsi üçün alətlər və yollar", "Startapdəyərləndirilməsi üçün xüsusi metodlar ", "Startap maliyyələşməsi üçün alətlər", "Startap şirkətin dəyərləndirilməsi ilə bağlı nümunələr", "Dəyərləndirmədən sonrakı prosedur: startapların IPO-ya hazırlığı" kimi mövzuları əhatə edəcək.

Təlimdə iştirak etmək üçün 5 noyabr tarixinədək link üzərindən qeydiyyatdan keçmək vacibdir. Təlim 7 Noyabr saat 10:00-da  başlayır (Ünvan: Nizami küç. 203B., AF BusinessHouse, 3-cü mərtəbə, Bakı, Azərbaycan) və 14:00-da bitir.

 Qeyd edək ki, təlimçi SerhatGörgün "Borsa İstanbul"da 2013-cü ilin dekabr ayından marketinq və satış fəaliyyətlərinə rəhbərlik edir.Bundan əlavə, S.Görgün İstanbul Fond Birjasını Sarayevo Fond Birjasında, Monteneqro Fond Birjasında və İstanbul Gemmologiya İnstitutunda İdarə Heyətinin üzvü qismində təmsil edir.Görgün "GalataBusinessAngels" Qrupunun (həmçinin Türkiyədə birinci mələk investisiya qrupu) təsisçisi və Türkiyə Sahibkarlığa İnvestisiya Məclisinin Palata Birliyinin (The Union of Chambers and Commerce of Turkey’s Enterprise Capital Council) üzvüdür.O, 2006-cı ildən bu günə kimi 30-dan artıq startap layihələrində investor və ya təsisçi-partnyor rolunu oynayıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment