Baki, FinanceTime. 25 oktyabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102018519 ISIN kodlu, 182 gün tədavül müddətli, 17 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 6 investor tərəfindən 11 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 23,338,100.00 AZN təşkil etmişdir.
Sifarişlər 90.0000 AZN (22.4063%) və 93.0700 AZN (15.0154%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 90.9775 AZN (19.9989%) orta ölçülmüş qiyməti 91.5657 (18.5750%) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.10.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 17 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 25.04.2017-cı ildir.
İstiqrazların tədavül müddəti – 182 gündür.