Baki, FinanceTime. 25 oktyabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104019515 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 4 investor tərəfindən 9 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 17,736,800.00 AZN təşkil etmişdir.
Sifarişlər 83.3500 AZN (20.0860%) və 87.0940 AZN (14.9001%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 86.9876 AZN (15.0413%) orta ölçülmüş qiyməti 86.9919 (15.0356%) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.10.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 24.10.2017-cı ildir.
İstiqrazların tədavül müddəti – 364 gündür.