|
|
|
Fond birjası | | | SOCAR istiqrazları ilə BFB-də Repo əməliyyatlarına start verilir |
18.10.2016 | |
| |
Baki, FinanceTime. SOCAR istiqrazları (ISIN AZ2001019895) BFB-də REPO predmeti siyahısına əlavə edilmişdir. Bu o deməkdir ki, istiqrazların BFB-də təkrar bazar ticarəti ilə bərabər, onlarla REPO əməliyytaları da həyata keçirmək mümkündür.
Qeyd edək ki, REPO predmeti olaraq yüksək likvidli, market meykeri olan lətlər seçilir. SOCAR istiqrazlarının market-meykeri qismində “PSG Kapital İnvestisiya Şirkəti” QSC iştirak edir və SOCAR istiqrazlara geriyə alış təminatı verir.
SOCAR istiqrazlarının REPO təminat əmsalı Milli Depozit Mərkəzi ilə razılaşdırılaraq 5% təyin edilmişdir.
Xatırladaq ki, REPO institutsional investorlara qısamüddətli likvidliyin idarə olunması məqsədi ilə, repo predmeti müqabilində vəsit cəlb etmək/yerləşdirmək imkanı verən alətdir.
Repo predmeti olan bütün alətlərin siyahısı BFB-nin internet saytının qayda və təlimatlar bölməsində yerləşdirilmişdir.
|
|
|
|