Baki, FinanceTime. 11 oktyabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104014516 ISIN kodlu, 364 gün tədavül müddətli, 15 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 8 investor tərəfindən 15 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 37,543,900.00 AZN təşkil etmişdir.
Sifarişlər 82.0500 AZN (21.9974%) və 87.7100 AZN (14.0892%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 86.9876 AZN (15.0413%) orta ölçülmüş qiyməti 87.0407 AZN (14.9708%) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 12.10.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 15 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 10.10.2017-cı ildir.
İstiqrazların tədavül müddəti – 364 gündür.