1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının geriyə alış təminatı
28.09.2016

Baki, FinanceTime. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Bakı Fond Birjasında (BFB) üzv olan “PSG Kapital İnvestisiya Şirkəti” QSC vasitəsi ilə “SOCAR istiqrazları” (ISIN: AZ2001019895) üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürmüşdür.

İnvestorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə SOCAR tərəfindən təmin olunacaqdır.

Bu o deməkdir ki, istiqraz sahibləri ödəniş müddətinin sonuna qədər (5 il) gözləməyə məcbur deyildirlər, hər an istiqrazlarını BFB-də geri satıb, yatırılan vəsaitlərini götürə bilərlər.

Eyni zamanda, istiqrazlar üzər market-meyker qismində çıxış edən “PSG Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən BFB-də gündəlik olaraq maksimal 5%-lik qiymət dəhlizi (alış və satış qiymətləri arasındakı fərq) ilə alış və satış qiymətləri (kotirovkaları) təqdim ediləcəkdir. Təqdim olunan kotirovka qiymətlərinin istiqrazların nominal qiymətindən aşağı olmayacağına emitent təminat vermişdir.

Mövcud qanunvericiliyinə uyğun olaraq, geri satın alma öhdəliklərinin icrasına istiqrazların ilkin yerləşdirilməsindən sonra başlanacaqdır.

Market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim ediləcək və həmçinin BFB-nin veb-səhifəsində dərc olunacaqdır.

( http://www.bfb.az/about-markets/market-meyker-kotirovkalari )


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment