1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Muğanbank filial şəbəkəsini genişləndirməkdədir
13.06.2014

Baki, Finance Time. Son zamanlar Muğanbank ölkə ərazisində yeni filiallar açaraq xidmət şəbəkəsini daha da genişləndirir. Belə ki, bankın Bakı şəhərində “VİP” filialı, Şamaxı və Ağcəbədi şəhərlərində isə daha 2 yeni filialı fəaliyyətə başlamışdır.

“VİP” filial Bakı şəhəri H.Seyidzadə küçəsi 35/37 ünvanında yerləşir və müştərilərə hər növ bank xidmətləri təqdim edir. Şamaxı şəhəri, H.Əliyev küçəsində yerləşən Şamaxı filialı və Ağcəbədi şəhəri, Nəsimi küçəsində yerləşən Ağcəbədi filialı isə həmin regionda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaradır.

Qeyd edək ki, 2014-cü ilin I yarısında Muğanbankın ölkə üzrə 9 yeni filialı və 1 şöbəsi fəaliyyətə başlamışdır.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 39 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.  “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

“Muğanbank” ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər  bankın məlumat mərkəzinə,  (012) 933 telefon nömrəsinə zəng edə bilərlər.

Həmçinin, bankın rəsmi saytı
http://www.muganbank.az/,   Facebook və Twitter səhifələrini izləməklə bank və onun fəaliyyəti haqqında daim yeni xəbərlərlə tanış ola bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment