1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Muğanbank” ASC İstanbulda “PUL KÖÇÜRMƏLƏRİ” mövzusunda keçirilmiş ikinci Beynəlxalq Konfransın baş sponsoru olmuşdur
30.04.2014

Baki, Finance Time. 9-12 aprel tarixlərində İstanbulda «Titanik Business Bayrampaşa» otelində “Biznes format” şirkətinin təşkilatçılığı ilə “PUL KÖÇÜRMƏLƏRİ” mövzusunda ikinci Beynəlxalq Konfrans keçirilmişdir.

“Muğanbank” ASC beynəlxalq konfransın baş sponsorlarından biri kimi çıxış etmişdir.

Konfransda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Belarus, Çexiya, Özbəkistan, Moldova bankları və maliyyə institutlarının rəhbər işçiləri, banklararası biznesin nümayəndələri, maliyyə təşkilatlarının rəhbərləri, analitik-ekspertlər olmaqla 30-dan artıq nümayəndə iştirakçı və qonaq qismində iştirak etmişlər.

“Muğanbank” ASC-nin nümayəndə heyəti beynəlxalq konfransın işində fəal iştirak etmişdir. Bankın İdarə Heyəti Sədrinin müavini Rasim İsmayılov “Monex dünən, bugün, sabah və bazarda innovasiyalar” mövzusunda məzmunlu məruzə ilə çıxış edərək “Monex” təcili pul köçürmələri sisteminin həmçinin, beynəlxalq maliyyə bazarlarının təhlilinin aparılması üçün şəxsi müasir məhsul və texnologiyaların  işlənib-hazırlanması, tətbiqi və istifadəsindən ətraflı bəhs etmişdir. Konfransda müxtəlif beynəlxalq təcili pul köçürmə sistemlərinin nümayəndələri həmçinin, “Aktif Yatırım Bankası A.Ş”-nin nümayəndəsi Ersun Kutlu maraqlı məruzələrlə fərqlənmişlər. Ersun Kutlu məruzəsində “UPT” pul köçürmələri sisteminin inkişafından danışmışdır.

Forumun digər iştirakçılarının çıxışları təcili pul köçürmə sitemləri bazarı, dünyadakı vəziyyət, təcili pul köçürmə sistemləri bazarının və onun yerli seqmentlərinin inkişaf proqnozlarına həsr olunmuşdu. Konfrans iştirakçıları habelə banklararası maliyyə bazarının infrastrukturunun inkişafı məsələlərini müzakirə etmişlər.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış maliyyə institutlarından biri olan “Muğanbank” ASC fəaliyyətinə 1992-ci ildə başlamışdır. Bankın ölkə üzrə 33 filialı və 6 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (“USAID”), Avropa Yenidənqurma və İnkişaf Bankı (“EBRD”), Beynəlxalq Maliyyə Korporasiyası (“IFC”), ABŞ-ın WorldBusiness Capital, Inc. investisiya fondu (“WBC”), Xarici Özəl İnvestisiyalar Korporasiyası (“OPIC”) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. “Muğanbank” ASC Almaniya, Rusiya, Türkiyə, Latviya, Avstriya, Qazaxıstan və Ukraynanın aparıcı bankları ilə yüksək səviyyəli müxbir əlaqələrə malikdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment