1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Muğanbankdan “Qadınlara sevinc bəxş edək” bayram kampaniyası
27.02.2014

Baki, Finance Time.   “Muğanbank” ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara pulsuz “Visa Gold” və “MasterCard Gold” kartı təklif edir. Belə ki, martın 1-dən 12-dək hər bir xanım şəxsiyyət vəsiqəsi ilə bankın istənilən filial və ya şöbəsinə yaxınlaşaraq pulsuz “Visa Gold” və “MasterCard Gold” kartı əldə edə bilər.

Xatırladaq ki, ”Visa” və “MasterCard” plastik kartları dünyanın istənilən nöqtəsində alış-veriş zamanı mal və xidmətlərin dəyərini ödəmək və nağd pul çıxarmaq üçün gözəl vasitədir. ”Visa” və “MasterCard” plastik kartı vasitəsilə kart sahibi səyahət zamanı otellərdə nömrə, təyyarə bileti bron etmək, avtomobil icarəyə götürmək və bu kimi digər imkanlar əldə edir.

Əlavə olaraq qeyd etmək istərdik ki, Muğanbank bayram günlərində hədiyyə seçimində çətinlik çəkən şəxslərə isə “Visa Gift” hədiyyə kartını təqdim edir. Hədiyyə kartlarını yalnız Muğanbank filiallarından deyil həm də müxtəlif ticarət mərkəzlərindən və marketlərdən (Neptun, Fresco, Səbət) heç bir sənəd təqdim etmədən əldə etmək mümkündür. “Visa Gift” hədiyyə kartları bayramlarda, ad günlərində, digər əlamətdar günlərdə hədiyyə seçməkdə çətinlik çəkən və ya buna vaxtı olmayan şəxslər üçün ən optimal variantdır. Bu hədiyyə kartı həm ölkə daxilində, həm də ölkədən kənarda mal və xidmətlərin haqqının nağdsız ödənilməsi üçün nəzərdə tutulmuşdur.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 31 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün “933” Məlumat Mərkəzinə zəng edə və ya https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment