Baki, Finance Time. 13 dekabr 2013-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106032409 İSİN kodlu dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Sifariş 2 birja üzvü tərəfindən təqdim olunmuşdur. Sifarişin nominal üzrə məbləği 1 600 100 manat təşkil etmişdir.
Sifarişlər 100.00% qiymətində təqdim edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 600 100 manat məbləğində müəyyən edilmişdir.
İstiqrazlar üzrə faiz gəlirliyi 4.25%.
İstiqraz vərəqələrinin ödəmə tarixi 09 dekabr 2016-cü ildir.