|
|
|
Valyuta birjası | | | Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları |
10.09.2013 | |
| |
Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) sentyabrın 9-da keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta hesablanmış birja məzənnəsi 1 dollar üçün 0,7834 AZN-ə bərabər olmuşdur.
Elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7834 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 1.566.800 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7834 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 2.000.000 dollar, yaxud 1.566.800 manat təşkil etmişdir.
Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP-USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
BEHS–də EUR/AZN və RUB/AZN alətləri üzrə sifarişlər verilməmişdir.
EUR/USD-TOD və EUR/USD-TOM alətləri üzrə bank sifarişləri verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 10,42 faiz, ABŞ dolları üzrə isə 10,33 faiz təşkil etmişdir.
Sentyabrın 9-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər qeydə alınmamışdır.
|
|
|
|