|
|
|
Valyuta birjası | | | Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları |
03.09.2013 | |
| |
Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) sentyabrın 2-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta hesablanmış birja məzənnəsi 1 dollar üçün 0,7835 AZN-ə bərabər olmuşdur.
Elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7835 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7835 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır.
Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP-USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
BEHS–də EUR/AZN və RUB/AZN alətləri üzrə sifarişlər verilməmişdir.
EUR/USD-TOD və EUR/USD-TOM alətləri üzrə bank sifarişləri verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 10,08 faiz, ABŞ dolları üzrə isə 10,33 faiz təşkil etmişdir.
Sentyabrın 2-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər qeydə alınmamışdır.
|
|
|
|