Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 07 avqust tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,7835 AZN təşkil edib.
BEST sistemində keçirilən SƏHƏR SESSİYASININ açılış məzənnəsi hər ABŞ dollara görə 0,7835 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə bağlanılan banklarаrası əqdlərin həcmi 187 472 AZN təşkil edib. Sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,7835 AZN təşkil edib.
BEST-in GÜNDÜZ SESSİYASINDA USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayib. Sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.
Beləliklə hər iki sessiyasinin nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət" ümumi həcmi USD/AZN aləti üzrə $ 239 000 ABŞ dolları və ya 187 472 AZN təşkil edib.
EUR/AZN T+0 aləti üzrə əqd bağlanılıb. Əqdin həcmi 50 000 EUR təşkil edib, ortaölçülü məzənnəsi isə 1 EUR üçün 1,0434 AZN-ə bərabər olub.
Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.
Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
EUR/USD_TOD, EUR/USD_TOM alətləri üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilib, amma əqdlər bağlanılmayıb.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 11,83%, ABŞ dolları üzrə isə illik 13,17% təşkil edib.
Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.